NATO-nun əsas vəzifələrindən biri Ukrayna-Rusiya münaqişəsinin gərginləşməsinin qarşısını almaqdır.
Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“NATO-nun Ukraynaya qarşı təcavüzlə bağlı iki əsas vəzifəsi var. Biri Ukraynaya dəstək verməkdir. Biz bunu müharibənin əvvəlindən edirik. Bir çox NATO ölkələri müharibə başlamamışdan əvvəl Ukraynaya yardım göstərib. Digər əsas vəzifə münaqişənin Rusiya ilə NATO arasında genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır. Əks halda bu üçüncü dünya müharibəsinə yol aça bilər. Ukraynanın hərbi əməliyyatlar şəraitində NATO-ya tam üzv olması mümkün deyil”, - Stoltenberq bildirib.