28 Noyabr 2023 16:11
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi İsrailin şimal bölgəsinin bələdiyyə sədrləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Baş Qərargah rəisi ordunun Livan sərhəddə istənilən ssenariyə hazır olduğunu bildirib.

“Şimalda yaşayan sakinləri evakuasiya etmək üçün çətin qərar verdik, dözümlülük və səbir nümayiş etdirdiyiniz və bizə döyüşməyə imkan verdiyiniz üçün təşəkkür edirəm”, - Halevi deyib.

Onun sözlərinə görə, evakuasiya edilmiş sakinlərin geri qaytarılması yerli hakimiyyət orqanları ilə razılaşdırılacaq.

“Səkkiz həftədir İsrail Müdafiə Qüvvələrinin döyüşçüləri və komandirləri qətiyyətlə döyüşür, evimizi müdafiə edir. Mübarizəni davam etdirəcəyik, digər arenalarda, o cümlədən şimalda baş verəcək gəlişmələrə hazırıq”, - Halevi vurğulayıb.

İsrail-HƏMAS savaşı başladıqdan sonra Livanla sərhəddə “Hizbullah” terror təşkilatı ilə dəfələrlə toqquşma olub. Ötən həftə Qəzzada İsrail və HƏMAS arasında müvəqqəti atəşkəsin qüvvəyə minməsindən sonra sərhəddə vəziyyət sakitləşib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər