Səudiyyə Ərəbistanının paytaxtı 2030-cu il Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün seçilib.
Teleqraf.com xəbər verir ki, Ümumdünya Sərgilər Bürosu bildirib ki, Ər-Riyad 119 səs toplayıb.
İlk Ümumdünya Sərgisi 1851-ci ildə Londonda keçirildi. 2025-ci ildə bu sərgi Osakada keçiriləcək.
Ümumdünya Sərgisi beş ildən bir keçirilir və altı aya qədər davam edir