29 Noyabr 2023 08:15
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Hakan Fidan 29 noyabr tarixində Qəzzadakı son hadisələrin müzakirə olunacağı BMT Təhlükəsizlik Şurasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, nazir Fidan səfərlə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı - Ərəb Liqasının 11 noyabr 2023-cü il tarixli Fövqəladə Birgə Zirvə Toplantısında qəbul edilmiş qərarların icrasını davam etdirmək üçün yaradılmış qrupun digər üzvləri ilə də bir sıra diplomatik görüşlər keçirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər