29 Noyabr 2023 10:48
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail bütün əsirlərimizi azad etməyə hazırdırsa, biz də hazırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Fələstinin “İslami Cihad” Hərəkatı liderinin müavini Məhəmməd əl-Hindi deyib.

Hərəkat rəsmisi İsraillə HƏMAS arasında əsir mübadiləsi ilə bağlı açıqlama verərək bildirib ki, “İslami Cihad”ın hərbi qanadı “Qüds” briqadası israilli mülki əsirləri, əsasən qadın və uşaqları təhvil verib.

“Hər iki tərəfdən hamıya qarşı hamı prinsipini qəbul edə bilərik. İsrail bütün əsirlərimizi azad etməyə hazırdırsa, biz də hazırıq”, - əl-Hindi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər