Beynəlxalq koalisiya qüvvələri İŞİD terrorçu birliyinə qarşı hava hücumlarını qüvvətləndirib. Koalisiya güclərinə məxsus hərbi təyyarələr iki gün ərzində Iraq və Suriyada “İŞİD”in mövqelərinə 26 sarsıdıcı hava zərbəsi endirib.
Teleqraf.com-un "RİA Novosti"Ⅶ agentliyinə istinadən məlumatına görə, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına zərbələr endirib. Həmçinin, Xaseke şəhərində “İŞİD”-in iki hərbi bölməsi və bir artilleriya kompleksi sıradan çıxarılıb.
İraqda koalisiya qüvvələri 7 şəhərdə “İŞİD”-in canlı qüvvəsi, həmçinin, terrorçuların binalarını və nəqliyyat vasitələrini məhv ediblər
ABŞ-ın hərbi aviasiyası 2014-cü il, avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələr zəiflətməyə çalışır.
İraqdakı əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir.