HƏMAS Qəzzada saxlanılan bütün girovları azad etsə və oktyabrın 7-də İsrailə hücumun bütün iştirakçılarını təhvil versə, anklavda sülh ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında İsrailin təşkilatdakı daimi nümayəndəsi Gilad Erdan deyib.
“Münaqişəyə son qoymaq istəyirlərsə, girovları qaytarsınlar. Bununla da müharibə sabah, hətta bu gün də bitə bilər. Onilliklərlə davam edəcək əsl atəşkəsə nail olmaq şansı olar. HƏMAS-dan bunu tələb edin. Çünki, həll yolu budur”, - deyə Erdan bildirib.