Qəzza zolağında əsir saxlanılan iki Rusiya vətəndaşı Prezident Vladimir Putinin səylərinə cavab olaraq azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fələstinin HƏMAS Hərəkatı məlumat yayıb.
Azad edilən 2 əsirin Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verildiyi bildirilib. Bu addımın Putinin səylərinə cavab olaraq atıldığı deyilib.
İsrail mətbuatı sözügedən əsirlərin Rusiya vətəndaşlığı olan iki israilli olduğunu yazıb.
Noyabrın 26-da da HƏMAS Putinin səylərinə cavab olaraq yenə Rusiya vətəndaşlığı olan bir israillini sərbəst buraxmışdı.