Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Skopyedə keçirilən ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində Böyük Britaniyadan olan həmkarı Devid Kemeronla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni nazirin özü məlumat verib.
“ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Böyük Britaniya xarici işlər naziri Devid Kemeronla ikitərəfli münasibətlərimizlə bağlı fikir mübadiləsi apardıq. Bu yaxınlarda başlanmış strateji dialoqu (hərbi-siyasi əməkdaşlığa dair) müzakirə etdik. Regional mövzulara, Cənubi Qafqazdakı hadisələrə toxunduq”, - Mirzoyan qeyd edib.