Finlandiya hökuməti bu gün keçirilən iclasda Rusiya ilə sərhədyanı əməkdaşlıq sazişini ləğv edib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 20-də Rusiyanın Baş naziri Mixail Mişustin Finlandiya ilə 2024-cü il yanvarın 24-də qüvvəyə minəcək transsərhəd əməkdaşlığın təşviqinə dair sazişə xitam verilməsi haqqında sərəncam imzalayıb.
Finlandiya hökuməti oktyabrın 25-də bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən nota aldığını bəyan etmişdi.