Roma papası Fransisin bu il Amerika Birləşmiş Ştatlarına səfəri planlaşdırılır. Səfər əsnasında papanın ABŞ rəhbərliyi, dövlət xadimləri, ictimaiyyəin və dini icmaların təmsilçiləri ilə bir sıra mühüm görüşləri nəzərdə tutulub.
Teleqraf.com-un Azadlıq Radiosuna istinadən məlumatına görə, o, Nyu-York, Filadelfiya və Vaşinqtonda dindarlar qarşısında çıxış edəcək, Ağ Evdə görüşlər keçirəcək.
Papanın ABŞ Konqresində və baş qərargahı Nyu-Yorkda mənzillənən BMT-də çıxışı gözlənilir.