Ukrayna əks-hücum əməliyyatı nəticəsində 125 mindən çox insan və 16 mindən çox silah itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib.
"Kiyevin son həmlələri döyüş meydanındakı vəziyyəti dəyişmədi. Bu çıxılmaz hərəkətlər yalnız Ukrayna Silahlı Qüvvələrinin bölmələrində itkilərin sayını artırdı. Rusiya qoşunları Ukrayna ordusuna təsirli və güclü zərbələr endirir. Onların döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə azaldır. Hərbi heyətimiz qətiyyətlə bütün istiqamətlərdə nəzarət zonalarını genişləndirərək daha əlverişli mövqelər tutur. Xüsusi hərbi əməliyyat təcrübəsini nəzərə alaraq, fəal müdafiəni davam etdirəcəyik. Silahlı qüvvələrin döyüş potensialını artıracağıq”, - deyə Şoyqu vurğulayıb.