“İsrailin beynəlxalq humanitar qanunlara və müharibə qanunlarına hörmət etməsi lazımdır. Bu, təkcə mənəvi öhdəlik deyil, həm də hüquqi öhdəlikdir”
Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell X sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, Qəzzada döyüşlərin yenidən başladığını və mülki vətəndaşların sayının artmaqda davam etdiyini təəssüflə xatırladıb. Həmçinin İsrailə Tel-Əviv ilə Fələstinin HƏMAS hərəkatı arasında atəşkəsin başa çatmasından sonra hərbi əməliyyatları bərpa edərkən beynəlxalq hüquqa hörmət edilməsinin vacibliyini xatırladıb.
O əlavə edib ki, atəşkəs müddəti lazımi humanitar yardımın çatdırılması üçün kifayət deyil və humanitar fasilənin bərpa olunmasına çağırıb.