4 Dekabr 2023 12:18
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolzun büdcə böhranı kontekstində etdiyi hərəkətlər, Ukraynaya dəstək üçün böyük təhlükə yaradır.

Teleqraf.com xəbər verir ki, bunu Bundestaqın Avropa məsələləri üzrə komitəsinin rəhbəri Anton Hofreiter deyib.

"Parlamentə son müraciətində Şolz əslində büdcə böhranı ilə əlaqədar nə baş verdiyini açıqlamayıb. Olaf Şolzun bu xaosdan təəssüfləndiyini söyləməsini istərdim.

Şolz kansler kimi Almaniya vətəndaşlarından üzr istəməlidir. O məsuliyyət daşıyır. Hazırkı kansler Ukraynanı dəstəkləməkdə böyük təhlükə yaradır. O, hələ də başa düşmür ki, söhbət geosiyasi məsələlərə gəldikdə, biz ABŞ-da demokratik səsverməyə ümid etməyə davam edə bilmərik," - Hofreiter bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər