Qırğızıstan və Tacikistan dövlət sərhədinin daha 24 kilometr hissəsi barədə razılığa gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Topoqrafik və işçi qrupların növbəti ikitərəfli görüşü Buston şəhərində baş tutub.
Tərəflər Qırğızıstanda baş tutacaq növbəti görüşdə işlərini davam etdirəcəklər. İclasın yekunlarına əsasən, müvafiq protokol imzalanıb.
Qırğızıstan və Tacikistan sərhədi tez-tez yerli sakinlərlə iki ölkənin sərhədçiləri arasında ciddi mübahisə zonasına çevrilir. Səbəb sərhədin hansı ərazilərdən keçdiyinin müəyyən olunmamasıdır.