6 Dekabr 2023 21:43
5 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Prezidenti Nikolas Maduro Federal Şuranın iclası zamanı qonşu Qayanaya aid Essekibo bölgəsinin ölkəsinə birləşdirilmiş xəritəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ultimas Noticias” məlumat yayıb.

Venesuelanın “24-cü yeni əyaləti ilə bağlı xəritəsi” məktəblər, kolleclər və universitetlərə paylanacaq. Bundan əlavə, ölkədə müvafiq əyalətin yaradılması haqda qanun layihəsi Venesuela parlamentinə təqdim olunacaq.

Qayana suverenliyi altında olan ərazini Venesuelaya vermək istəmir, BMT Təhlükəsizlik Şurasına müraciət etməyə hazır olduğu barədə xəbərdarlıq edir. Qayanın hakimiyyət orqanları beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və ya bərpa etmək üçün BMT Nizamnaməsinin sanksiyalara və ya hərbi əməliyyatlara səbəb ola biləcək 41 və 42-ci maddələrindən istifadə etmək niyyətindədir.

Ötən həftə Venesuela ordusunun sözügedən bölgəni ələ keçirmək üçün Qayanaya ordu yeridəcəyi haqda məlumat yayılmışdı. Məlumatda o da bildirilmişdi ki, ABŞ mümkün hücumun qarşısını almaq üçün Qayanaya hərbi qüvvə göndərib, Braziliyada ordu ehtimal olunan müharibəyə görə hazır vəziyyətə gətirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər