7 Dekabr 2023 16:34
1 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Avropada adi silahlı qüvvələr haqqında müqavilədə iştirakını dayandırıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Rusiyanın müqavilədən çıxmasına cavab olaraq müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini dayandırdığı bildirilib.

Ağ Ev bundan əvvəl Moskvanın bu addımından təəssüfləndiyini açıqlayıb.

Ağ Evin rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Moskva Vaşinqtona müqavilədən çıxmaqdan başqa çarə qoymayıb. O əlavə edib ki, ABŞ Rusiyanın çıxmasından sonra NATO-nun müdafiəsi üçün Avropada qüvvələrin yerləşdirilməsində dəyişikliklər edə bilər.

Ümumilikdə, Ağ Ev hesab edir ki, ABŞ-ın müqavilədə iştirakına son qoyulması planlaşdırma, yerləşdirmə və təlimlərə təsir edən məhdudiyyətləri aradan qaldırmaqla NATO-nun müdafiə və çəkindirmə imkanlarını gücləndirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər