İŞİD terror təşkilatının üzvləri Asiya Kuboku uğurunda mübarizə aparan İraq və İordaniya yığmalarının oyununu izləyən 13 iraqlı yeniyetməni edam edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mosul sakinlər güllələnərək öldürülüblər. Edam video lentə alınaraq internetdə yerləşdirilib.
Qeyd edək ki, İraq və İordaniya yığmaları arasında yanvarın 12-də keçirilən oyunda iordanlar qalib gəlib.