Böyük Britaniya Norveçlə birlikdə Qara dənizdə Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün dəniz koalisiyasına rəhbərlik edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Yeni koalisiya Ukraynaya uzunmüddətli dəstək, o cümlədən Qara dənizdə təhlükəsizliyi gücləndirmək üçün təlim, avadanlıq və infrastruktur təmin edəcək.
Dəniz koalisiyası daxilində dəstək uzunmüddətli olacaq, Kiyevə dəniz qüvvələrini transformasiya etməyə kömək edəcək, onları Qərb standartlarına uyğunlaşdıracaq.
Koalisiyanın bir hissəsi olaraq Britaniya öz donanmasından Ukraynaya “Sandaun” (Sandown) sinfinə aid iki mina əleyhinə gəmi göndərəcək.
Britaniya Rusiyanın hücumunun əvvəlindən Ukraynaya fəal dəstək verir. Britaniya xarici işlər naziri Devid Kemeron bundan əvvəl bildirmişdi ki, 2024-cü ildə Ukraynaya maliyyə dəstəyi əvvəlki səviyyədə olacaq, hətta daha da artırılacaq.