Rusiya gecə saatlarında Kiyevi S-400 və “İsgəndər” raketləri ilə vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Bu gün rus işğalçıları 10 raketdən (S-400 və “İskəndər”) istifadə edərək, Kiyevə növbəti raket hücumu həyata keçirib. Bütün raketlər Ukraynanın hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib. Hücumun təfərrüatları aydınlaşdırılır”, - məlumatda deyilir.