Rusiya qoşunları Donetsk vilayətinin Avdiv şəhəri ətrafında irəliləməyə davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Rusiya qüvvələrinin son sutka ərzində şəhər yaxınlığında hücum əməliyyatlarını davam etdirdiyi və irəlilədiyi bildirilir. Geolokasiya kadrları göstərir ki, ruslar Stepovoydan cənub-şərqə (Avdivdən 3 km şimal-qərb) doğru irəliləyib.
Hazırda Rusiya ordusu Stepovoy yaxınlığında və Vodyanının şimalında (Avdivdən 7 km cənub-qərbdə) hücum əməliyyatlarını davam etdirir.
ISW Rusiya qüvvələrinin Baxmut yaxınlığında da irəlilədiyini bildirib.