Qərb Ukraynanı maliyyələşdirməyi dayandırmasa və münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar başlamasa, Rusiya ordusu Polşa ilə sərhədə çatacaq.
Teleqraf.com xəbər verir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.
"Putin Polşa sərhədinə çatmaqda maraqlı deyil. Amma biz danışıqlardan imtina edərək bu mənasız münaqişəyə son qoymayacağıq. Əksinə nəinki Ukraynanı dövlət olaraq məhv edəcəyik, eyni zamanda da Rusiyanı daha da qərbə doğru getməyə məcbur edəcəyik. Ukraynadakı münaqişə yalnız Rusiyanı gücləndirib. Rus ordusu çox güclü tərkibə, birinci dərəcəli zabitlərə və müasir texnikaya malikdir. Rusiya ordusu cəbhənin bütün sahələrində irəliləyir", - deyə Makqreqor bildirib.