16 Dekabr 2023 17:12
2 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin İsrail üçün edə biləcəyi son yaxşılıq Baş nazir Benyamin Netanyahudan qurtulmaq olardı.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.

“ABŞ prezidenti İsraili Netanyahudan xilas etməlidir”, - məqalədə deyilir.

Britaniya nəşri İsrail baş nazirinin yalnız özü üçün hərəkət etdiyini bildirir.

Məqalə müəllifi hesab edir ki, Netanyahu hakimiyyətdən uzaqlaşdırılmalı və onun geri qayıtmaması üçün hər şey edilməlidir.

Təhlildə Netanyahunun ikidövlətli həll variantından üz döndərdiyi və Qəzzanın idarə edilməsindən Fələstinin iştirakını tamamilə rədd etdiyi vurğulanır.

“Netanyahunun mövqeyi ondan ibarətdir ki, İsrail Fələstin dövləti istiqamətində atılan heç bir addımı qəbul edə bilməz. İsraili yalnız özü üçün döyüşən bir adam idarə edir”, - nəşr bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər