17 Dekabr 2023 08:44
3 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü gecə Rusiya hava hücumundan müdafiə sistemləri ölkənin üç regionu üzərində 33 pilotsuz uçan aparatı məhv edib və ələ keçirib.

Teleqraf.com bildirib ki, Rusiya Müdafiə Nazirliyi öz teleqram kanalında bu barədə məlumat yayıb.

“Növbətçi hava hücumundan müdafiə sistemləri Lipetsk, Rostov və Volqoqrad vilayətlərinin əraziləri üzərində Ukraynaya məxsus 33 pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib”, - deyə idarənin açıqlamasında bildirilir.


Müəllif: Pərvin Cəfərova