Filippin ordusu Manilanın cənubundakı Batanqas şəhəri yaxınlığında atışmada 6 kommunist üsyançını öldürüb.
E-huquq.az xəbər verir ki, bu barədə ABS-CBN News xəbər yayıb.
Silahlı insident zamanı daha bir Filippin əsgəri həlak olub.
Filippin hökuməti və "Yeni Xalq Ordusu" Norveçin vasitəçiliyi ilə noyabr ayında qanlı münaqişəyə son qoymaq üçün altı illik fasilədən sonra sülh danışıqlarını bərpa etmək barədə razılığa gəliblər. "Yeni Xalq Ordusu" Filippin Kommunist Partiyasının silahlı qanadıdır.
Qarşıdurma 50 ildən artıqdır ki, davam edir və nəticədə 40 mindən çox insan həlak olub.