18 Dekabr 2023 15:03
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada irəli sürülən yeni qanun layihəsi təkcə qadınların Silahlı Qüvvələrin sıralarına yox, həm də müharibə vaxtı hərbi xidmətə çağırılmasını nəzərdə tutur.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin hakim “Xalqın Xidmətçisi” Partiyasının deputatı Maryana Bezuqla məlumat verib.

Onun sözlərinə görə, yeni qanun layihəsi çərçivəsində qadınların müdafiə qurumları üçün səfərbər olunması təklif edilir.

“Qanun layihəsində qadınların xidmət keçməsinə gəlincə, qanuni olaraq belə yazılıb: hərbi qeydiyyatda olan qadınlar hərbi xidmətə çağırıla və ya müharibə dövründə dövlətin müdafiəsini təmin edən işlərin yerinə yetirilməsinə cəlb oluna bilərlər”, – Bezulqa deyib.

Qanun layihəsində göstərilir ki, hərbi vəziyyət dövründə hərbi qeydiyyatda olan qadınlar müdafiə bölmələrinə çağırıla bilərlər. Bundan əlavə, onların könüllülük əsasında (müqavilə) döyüş hissələrində hərbi xidmətə çağırılması təklif olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər