Rusiya MDB ölkələrinə “Avroviziya”ya bənzər mahnı müsabiqəsinin keçirilməsi təklifini verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustin MDB ölkələrinin hökumət başçılarının iclasında bildirib.
Onun sözlərinə görə, gələn il Rusiyada MDB üzrə ilk “İnterviziya” adlı mahnı müsabiqəsi keçiriləcək.
“Tərəfdaşlarımızla müsabiqənin qaydalarını müəyyənləşdirəcəyik, reqlamenti dəqiqləşdirəcəyik, komitə formalaşdıracağıq, milli münsiflər heyətimiz olacaq və sair”, - Mişustin deyib.
MDB-yə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Rusiya və Tacikistan daxildir.