BMT Təhlükəsizlik Şurası dekabrın 19-da Fələstin-İsrail münaqişəsinə dair yeni ərəb qətnamə layihəsini səsverməyə çıxarmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, qətnamə layihəsi BƏƏ, Misir və Fələstin tərəfindən hazırlanıb və 16 bənddən ibarətdir.
Qətnamə layihəsində, xüsusilə, keçid məntəqələri vasitəsilə Qəzza zolağına humanitar yardım axınının asanlaşdırılması və anklavın “mövcud ehtiyaclarını ödəmək üçün kifayət qədər” yanacaq təmin olunması tələb olunur.