19 Dekabr 2023 14:34
4 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Odessa və Xarkovu nəzarətə götürmədən Ukraynadakı münaqişəyə son qoymayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.

"Odessa həmişə Xarkov kimi rusdilli şəhər olub. Ona görə də onlar nəzarət altına alınana qədər heç nə bitməyəcək. Qərbin müdaxiləsi Ukraynaya heç bir şəkildə kömək etməyəcək. Çünki Kiyevin müttəfiqlərindən heç biri həqiqətən də buna hazır deyil. Ukraynanı xilas etmək üçün norveçlilər, ispanlar, fransızlar, almanlar, yunanlar və ya polyakların böyük Səlib yürüşünə getməyə hazır olduqlarına dair heç bir sübut görmürəm" - deyə Makqreqor bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər