19 Dekabr 2023 21:28
4 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropanın Ukraynaya yardımı ilə bağlı çıxılmaz vəziyyət Qərbi Rusiyanın mümkün qələbəsi haqda düşünməyə və belə bir ssenarinin nəticələrini hesablamağa vadar edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazır.

Britaniya agentliyi iddia edir ki, NATO-ya üzv Avropa ölkələri müharibədə qələbə qazanacağı təqdirdə Rusiyanın onlar üçün yarada biləcəyi riskləri dəyərləndirməyə başlayıb. Eyni zamanda, mənbəyə görə, bu gəlişmə bütün dünyada hiss olunacaq, bu, tərəfdaşları və müttəfiqlərində ABŞ-nin təhlükəsizlik zəmanətlərinə şübhə yaradacaq.

“Belə bir strateji uğursuzluğun nəticələri 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan uğursuz formada çıxarılmasının nəticələrindən daha dərin olacaq. Xüsusən də Donald Trampın qarşıdakı prezident seçkilərində qalib gələ biləcəyi və NATO da daxil olmaqla, böyük ittifaqlardan çıxmaq və Ukrayna məsələsində Putinlə sövdələşməyə dair açıq vədlərinə əməl edəcəyi perspektivi nəzərə alındıqda”, - məlumatda deyilir.

Ukraynaya dəstəyin baha başa gəlməsi ilə bağlı Qərbdə artan skeptisizmlə yanaşı, Kiyevin əks-hücumunun məyusedici nəticələri Rusiyanın bütün ölkəni ələ keçirəcəyi ilə bağlı müzakirələri yenidən qızışdırıb.

Avropa rəsmiləri deyirlər ki, Ukrayna silah almasa, Rusiya daha çox ərazi ələ keçirməyə çalışacaq. Özünümüdafiə imkanı olmayan Ukrayna Moskvanın diktə etdiyi şərtləri qəbul etməyə məcbur ola bilər.

Eyni zamanda, həm Avropa Birliyi, həm də ABŞ-dəki Ukrayna tərəfdarları yardımın gələn ilin əvvəlində bu və ya digər formada təsdiqlənəcəyini söyləyirlər. Eyni zamanda qeyd edirlər ki, bu, döyüş meydanında ciddi irəliləyişlə nəticələnməyəcək. Vəziyyət getdikcə dumanlı görünür, yerdəki durum münaqişənin illərlə davam edəcəyi ehtimalını gücləndirir.

“İşğalın Rusiya lideri üçün strateji məğlubiyyət olacağına dair inam sönüb, yerinə Putinin ABŞ və müttəfiqlərini geridə qoyacağına dair iddiasının doğru ola biləcəyinə dair artan fikir keçib”, - agentlik vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər