Rusiyanın Ukraynaya qarşı müharibəsi Vladimir Putinin məğlubiyyəti ilə başa çatmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Devid Kemeron deyib.
Nazirin fikrincə, Ukraynaya hərbi yardımı dayandırmaqla Rusiyanın təcavüzünü təşviq etmək olmaz.
Kemeron Putinin uduzmasının vacib olduğunu bildirib. O vurğulayıb ki, Britaniyanın Ukraynaya dəstəyi lazım olduğu qədər davam edəcək.
Kemeron müharibəni “müxtəlif pərdələrdən ibarət tamaşa” ilə müqayisə edərək söyləyib ki, Ukraynanın müttəfiqləri onun növbəti mərhələsini müəyyənləşdirməlidir.
Britaniyanın baş diplomatının fikrincə, “sonuncu pərdə”də Putin məğlub olmalıdır.