20 Dekabr 2023 09:54
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu gecə saatlarında işğal olunmuş Krımdan Ukrayna ərazilərini İran PUA-ları (“Şahid”) ilə hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ümumilikdə gecə boyu Ukrayna ərazisinə 19 “Şahid” tipi PUA buraxılıb. Onlardan 18-i Odessa, Xerson, Dnepropetrovsk, Vinnitsa, Xmelnitski, Kiyev, Çerniqov və Kirovoqrad vilayətlərində məhv edilib.

Rusiya həmçinin Xarkov vilayətinə S-300 hava hücumundan müdafiə sistemindən iki idarəolunan raketlə zərbə endirib. İtki yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər