Şimali Koreya Rusiyaya 1000 konteynerdən çox sursat çatdırıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-nin NATO-dakı səfiri Culian Smit məlumatın peyk görüntüləri ilə təsdiqləndiyini açıqlayıb.
“Şimali Koreyanın bu yaxınlarda Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya əlavə silahlar tədarük etdiyi barədə yeni məlumatımız var. Əldə etdiyimiz məlumata görə, Şimali Koreya Rusiyaya 1000 konteyner hərbi texnika və sursat təhvil verib”, - diplomat bildirib.
Şimali Koreyadan Rusiyaya silah daşıyan yük gəmilərinin hərəkəti peyklər vasitəsilə qeydə alınıb.
Smit güman edir ki, Şimali Koreya bunun müqabilində Rusiyadan hansısa hərbi texnologiyalar almaq istəyir: “Mümkündür ki, Pxenyan Moskvadan qırıcı təyyarələr, yer-hava tipli raketlər, zirehli maşınlar, eləcə də ballistik raketlərin istehsalı üçün avadanlıq tələb etsin”.