Ukrayna nəinki Avropa İttifaqına daxil olmağa hazır deyil, Avropa İttifaqının özü də bu ölkəni üzvlüyünə qəbul etməyə hazır deyil.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Macarıstanın baş naziri Viktor Orban bildirib.
V.Orban xatırladıb ki, dekabrın 14-15-də Brüsseldə keçirilən Aİ liderlərinin görüşündə həmkarlarını inandırmağa çalışıb ki, “nəinki Ukrayna Aİ üzvlüyə hazır deyil, Aİ də buna hazır deyil”.
Buna baxmayaraq, V.Orbanın “məsuliyyətsiz macəra” adlandırdığı Ukrayna ilə üzvlük danışıqlarına başlamaq qərarı verildi.