22 Dekabr 2023 11:26
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzzada müharibə başlayanda İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydendən savaş müddətində bölgə əhalisinin bir hissəsini öz ərazisinə qəbul etməsi üçün Misirə təzyiq etməsini istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Amerika lideri Netanyahuya bildirib ki, Qahirə buna bir seçim kimi baxmır.

“Axios”un məlumatına görə, Misir İsrail və ABŞ-yə fələstinlilərin Qəzzadan Sina yarımadasına üz tutmalarına imkan verməmələri barədə xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunur ki, belə bir ehtimal Misir-İsrail münasibətlərində qopmalara səbəb ola bilər.

Qahirənin narahatlığı İsrail ordusu əməliyyatı genişləndikcə, Təl-Əvivin fələstinliləri Qəzzadan Misirə sıxışdıracağı və müharibədən sonra geri qayıtmalarına icazə verməyəcəyi ilə bağlıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər