24 Dekabr 2023 15:58
1 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail HƏMAS-la savaşın əvvəlində Livana hücum planlaşdırıb. ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahunu son anda bombalama planından imtina etməyə razı sala bilib.

Teleqraf.com xəbər verir ki, bu iddia ABŞ- nin "Wall Street Journal" nəşrinə məxsusdur.

Nəşrin yazdığına görə, İsrail oktyabrın 7-də - HƏMAS-ın hücumundan az sonra "Hizbullah" terror təşkilatının hücum planlaşdırdığına dair kəşfiyyat məlumatı alıb. Baş nazir Netanyahu cavab olaraq, Livana önləyici zərbə endirməyə çağırıb. Təyyarələr bombardman üçün havaya qalxmağa hazırlaşarkən Prezident Bayden Netanyahuya zəng edib. İkisi 45 dəqiqə telefonla danışıb.

Müharibənin genişlənməsindən narahat olan Amerikanın xəbərdarlığı ilə İsrail hücum planından əl çəkib.

Bu arada İsrail müdafiə naziri Yoav Qallant Qəzzanın şimalındakı oxşar əməliyyatların cənubda da ola biləcəyini açıqlayıb.

Qallant zolağın şimalındakı duruma toxunaraq deyib:

"Cənubda Xan Yunusda bizə qarşı döyüşənlərin sonlarının necə olacağını bilirlər".

Qallant İsrailə qarşı terrorçu fəaliyyətlərini davam etdirən "Hizbullah"a da xəbərdarlıq edib:

“Əminəm ki, Qəzzada baş verənlərə baxanda "Hizbullah" eyni şeyin onun başına gəlməsini istəmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər