Rusiya qüvvələri son zamanlar Baxmutun cənub və qərbində fəallaşıblar.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü, polkovnik Vladislav Seleznyov deyib.
Polkovnik rusların Donetsk vilayətinin Çasiv Yar şəhəri istiqamətində irəliləyəcəyini güman edir.
Onun sözlərinə görə, cəbhənin bu hissəsindəki vəziyyət Çasiv Yarın müdafiə əməliyyatının başlanğıcı kimi görünür. Seleznyov bu istiqamətdə gərgin döyüşlər proqnozlaşdırır.
“Çox güman ki, ortamüddətli perspektivdə Rusiya ordusunun kifayət qədər intensiv döyüşlərini müşahidə edəcəyik. Artilleriya və aviasiyanın dəstəyi ilə Çasiv Yar istiqamətində irəliləməyə çalışacaq”, - polkovnik vurğulayıb.