26 Dekabr 2023 10:20
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin əvvəlində İspaniya Slovakiyaya hərbi qüvvə göndərəcək.

Teleqraf.com xəbər verir ki, İspaniya yanvardan NATO-nun şərq cinahını qorumaq üçün Slovakiya sərhədində qüvvə və texnika yerləşdirməyə başlayacaq.

Yeni missiyaya 600 hərbçi, “Leopard” tankları və helikopterlər daxil olacaq.

NATO-nun Rusiyanın mümkün hücumuna cavab vermək üçün regional planlar hazırladığı bildirilir. NATO hərbi komitəsinin rəisi, admiral Rob Bauer bəyan edib ki, alyans üçün ən böyük təhlükə Rusiya və terrorçu qruplaşmalardır.

Hələ yayda Rusiya Müdafiə Nazirliyi NATO-dan təhdidlərinin artması səbəbindən qərb sərhədlərində hərbi qüvvələrini artıracaqlarını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər