21 Yanvar 2015 19:01
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Krım heç vaxt süni şəkildə yaradılan Ukraynanın tərkib hissəsi olmayıb”. Belə bir sensasiya xarakterli bəyanatla Çexiyanın sabiq prezidenti Vatslav Klaus çıxış edib.

Teleqraf.com-un məlumatına görə, Vatslav Klaus bu barədə Avstriyanın “Die Presse” nəşrinə müsahibəsində bildirib:

"Tamamilə aydındır ki, Krım heç vaxt Ukraynanın tərkib hissəsi deyildi, siz bunu bilirsiniz. Krım həmişə Rusiyaya aid idi".

"Mən burada faciəli heç nə görmürəm", - deyə sabiq prezident vurğulayıb. Klausun fikrincə, Krımın zəbt edilməsinin əsas səbəbi Ukrayna daxilində yaşanan hadisələrdir:

"Ukraynada baş verən daxili böhran mənim üçün əsas səbəbdir. Meydansız Krım heç bir halda zəbt olunmazdı".

Ukraynada, Klausun sözlərinə görə, post-kommunist transformasiyası praktik olaraq mümkün deyil: "Ukraynanı Mərkəzi və Şərqi Avropanın başqa ölkələriylə müqayisə etdikdə bu, uğursuzluqdur. İndiki münaqişənin səbəbi bundan ibarətdir".

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər