21 Yanvar 2015 22:36
1 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cenevrədə buraxılan səhvləri təkrar etmirik. Görüşmələrə Suriyadan olan bütün müxalif qrupları dəvət edirik. İştirakçı siyahısı hələ tam müəyyənləşməyib. Dəqiqləşdiyi zaman ictimaiyyətlə paylaşacağıq".

Teleqraf.com-un məlumatına görə, bu fikirləri ötən 2014-cü ilin yekunlarının qiymətləndirilməsi ilə bağlı keçirilən illik mətbuat konfransında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov səsləndirib. Lavrov bildirib ki, gələn həftə Moskvada Suriya rəhbərliyi və müxalifət nümayəndələrinin qatılacağı məsləhətləşmələrdə ölkədə yaranmış böhranın həlli istiqamətləri müzakirə edliləcək.

Xarici işlər naziri qeyd edib ki, keçiriləcək müzakirələrin yekunu olaraq, hər hansı razılaşmanın imzalanacağı gözlənilmir. O vurğulayıb ki, hər hansı müsbət anlaşma əldə ediləcəyi təqdirdə bu, yekun qərar üçün BMT səviyyəsinə çıxarılacaq.

Nail Cəlil


Müəllif: