ABŞ Prezidenti Co Bayden Fələstin-İsrail münaqişəsində iki cəbhədə oynamağa çalışır.
Teleqraf.com xəbər verir ki, bu fikri ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib.
“Bayden münaqişənin baş verməsinə icazə verdi. Qulaq asın, Bayden iki cəbhədə oynamağa çalışır, düşünürəm ki, bacarmır”, - Tramp deyib.
Sabiq prezident onu da qeyd edib ki, ABŞ prezidenti Bayden yox, özü olsaydı, HƏMAS heç vaxt İsrailə hücum etməyəcəkdi.