28 Dekabr 2023 13:50
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya və Yunanıstan arasında antik heykəl böhranında yeni gəlişmə var.

Teleqraf.com xəbər verir ki, Yunanıstanın mədəniyyət naziri Lina Mendoni antik heykəllərin Afinaya qaytarılacağı təqdirdə Britaniya Muzeyindəki boşluğu dolduracaq başqa əsərlərin göndəriləcəyinə söz verib.

Yunan nazir bildirib ki, Parfenon mərmərləri Afinaya qaytarılarsa, ən böyük xəzinələrindən bəzi əsərləri Britaniya üçün ayırmağa hazırdırlar. Mendoni Britaniya Muzeyindəki yunan qalereyalarının heç vaxt boş qalmayacağı vədini verib.

“Mövqeyimiz aydındır. Heykəllər Afinaya qaytarılarsa, Yunanıstan boşluğu doldurmaq üçün mühüm antik əşyaların dövri sərgilərini təşkil etməyə hazırdır”, - nazir bildirib.

Parfenonun bu günə qədər gəlib çatmış orijinal heykəllərinin təxminən yarısı Britaniya Muzeyindədir. Yunanıstan heykəllərin geri qaytarılmasını tələb edərkən, nə muzey rəhbərliyi, nə də Britaniya hökuməti bu çağırışa cavab verir.

Afinadakı Partfenon məbədi e.ə. V əsrdə tikilib. 1800-cü illərin əvvəllərində Britaniya səfiri Tomas Bryus məbəddəki bəzi əsərlər və heykəlləri araşdırma məqsədilə ölkəsinə aparıb. O vaxtdan bəri Yunanıstan tarixi əsərləri geri almağa çalışsa da, buna nail ola bilmir. Ötən günlərdə Yunanıstan Baş naziri Kiriakos Mitsotakisin əsərləri geri tələb etməsi ölkəsi ilə Britaniya arasında diplomatik gərginliyə səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər