Astana aeroportunda həyəcan elan olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.
"Astana beynəlxalq aeroportunda həyəcan elan olunub. Sərnişinlərdən şəxsi əşyalarına ehtiyatla yanaşmalarını, uşaqları və yeniyetmələri nəzarətsiz qoymamalarını və aviasiya təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini xahiş edirik", - məlumatda deyilir.
Həyəcanın hansı səbəbdən elan olunduğu açıqlanmayıb.