22 Yanvar 2015 03:11
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 22-də Londonda İŞİD-ə qarşı antiterror koalisiyasınn növəbti məsləhətləşmələr başlayacaq. Bu terror qruplaşmasına qarşı Böyük Britanıyanın paytaxtında keçiriləcək beynəlxalq müşavirədə terrorçuluqla bağlı atılacaq növbəti birgə addımlar müzakirə ediləcək.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, koalisiyanın ilk ümumi görüşündə İraq və Suriyada fəaliyyət göstərən silahlılara qarşı mübarizənin yeni mərhələsi gündəmdə olacaq.

Müşavirədə Avstraliya, Bəhreyn, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Misir, İordaniya, İraq, İspaniya, İtaliya, Kanada, Qətər, Küveyt, Niderland, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə və Fransanın nümayəndələrinin iştirakı gözlənilir.

“İŞİD-ə qarşı qlobal koalisiyanın görüşü” adlanan tədbirin həmsədrləri qismində Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond və ABŞ-ın Dövlət katibi Con Kerri çıxış edəcəklər.

Tədbirdə İraqın Baş naziri Heydər əl-Abadinin iştirak edəcəyi bildirilib. Görüşün yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər