29 Dekabr 2023 21:28
7 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İsveçin NATO-ya üzvlük protokolunun dekabrın 31-dək Türkiyə Böyük Millət Məclisində (TBMM) ratifikasiya olunacağını gözləyib, amma bu, özünü doğrultmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.

Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsi dekabrın 26-da İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu səs çoxluğu ilə təsdiqləyib, sənəd baxılması üçün Baş Assambleyaya təqdim edilib.

“İsveçin NATO-ya üzvlüyü iki ölkənin - Türkiyə və Macarıstanın təsdiqini tələb edir və hər iki ölkənin parlamentləri hazırda fasilədədir. Türkiyə parlamenti yanvarın 16-dək, Macarıstan parlamenti isə fevralın 19-dək işləməyəcək. Bu səbəbdən İsveçin NATO-ya üzvlük məsələsinin həlli fevralın ortalarına qədər irəliləyə bilməyəcək”, - kanal bildirir.

Mənbə qeyd edir ki, əslində ABŞ protokolun Türkiyə parlamentində dekabrın 31-dən əvvəl qəbul ediləcəyini gözləyib, amma TBMM-in işi baxımından bu, qeyri-mümkün olub.

“Əldə etdiyimiz məlumata görə, məsələ Türkiyənin ABŞ-dən F-16 almasına razılığın verilməsi ilə bu prosesin eyni vaxtda həyata keçirilməsi ilə əlaqəlidir, amma kimin hansı mərhələdə hansı addımı atacağı hələ də Vaşinqtonla müzakirə olunur”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər