Gecə saatlarında Rusiya səmasında 32 PUA məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Pilotsuz uçan aparatları dörd şəhərin səmasında qeydə alınıb: Bryansk, Oryol, Kursk və Moskva.
Rusiya baş verənlərə görə Ukraynanı ittiham edib. Məlumatda deyilir ki, dronlar Rusiya ərazisində yerləşən obyektləri vurmaq üçün buraxılıb.