Gürcüstanın sabiq baş naziri, milyarder Bidzina İvanişvili siyasətə qayıdıb.
Teleqraf.com xəbər verir ki, hakim “Gürcü Arzusu” Partiyasının qurucusu sözügedən qurumun Siyasi Şurasının yeni sədri seçilib.
Partiya məlumatı təsdiqləyib. Digər təfərrüatlar verilmir.
İvanişvili 2011-ci ildən siyasətlə məşğuldur. 2012-ci il oktyabrın 1-də keçirilən parlament seçkilərində onun rəhbərlik etdiyi “Gürcü Arzusu” bloku qalib gəlib.
“Forbes” jurnalı həm Rusiya, həm də Fransa vətəndaşlığı olan İvanişvilini 2012-ci ildə Gürcüstanın ən varlı adamı elan edib. Gürcüstan baş naziri ola bilmək üçün həmin ilin oktyabrında Rusiya və Fransa vətəndaşlığından çıxıb, ona təkrar Gürcüstan vətəndaşlığı verilib. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə qarşı sərt müxalif mövqeyi ilə seçilir, indiki hakimiyyəti kölgədən idarə etdiyi iddia olunur.