Ukraynanın Rusiyanın Belqorod şəhərinə hava hücumunun əks-sədaları davam edərkən, Moskvadan olayla bağlı diqqətçəkən açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi hücumun təşkilində Böyük Britaniya və ABŞ-nin əlinin olduğunu iddia edib.
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Rusiyanın insan haqları üzrə ali komissarı Tatyana Moskalkova beynəlxalq təşkilatları hücumu pisləməyə çağırıb. Artıq Rusiya baş verənlərə görə BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi üçün müraciət edib. Toplantı bu günə təyin olunub.
Rusiya Müdafiə Nazirliyi Belqorodun “Olxa” və “Vampir” raketləri ilə vurulduğunu açıqlayıb. Hücum nəticəsində 22 nəfər həyatını itirib, 120-yə yaxın insan isə yaralanıb.