4 Yanvar 00:55
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti İbrahim Rəisi Kirman əyalətində SEPAH generalı Qasım Süleymaninin ölümünün ildönümü ilə bağlı keçirilən matəm yürüşlərində baş verən terror aktını pisləyən bəyanatla çıxış edib.

Teleqraf.com xəbər verir ki, İran lideri bu hadisəni insanlıq əleyhinə cinayət kimi qiymətləndirib.

O, ölkəsində terror aktının təşkilatçıları və icraçılarının müəyyən edilərək cəzalandırılacağını bildirib.

İ. Rəisi terrorda həlak olanların ailələrinə başsağlığı verib. O, yerli hakimiyyət orqanlarını zərərçəkənlərə yardım etmək üçün lazımi tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. İran prezidentinin Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər