5 Yanvar 00:36
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya hücum etmək üçün Şimali Koreyadan aldığı raketlərdən istifadə edir.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Şimali Koreya bu yaxınlarda Rusiyaya ballistik raketlər verib. Bu raketlərdən azı biri dekabrın 30-da Rusiya qüvvələri tərəfindən Ukraynaya atıb. ABŞ Moskva ilə Pxenyan arasında iddia edilən "silah müqaviləsi” məsələsini BMT-də qaldıracaq. Rusiya, İran və Şimali Koreya arasında transferləri asanlaşdırmağa kömək edənlərə qarşı sanksiyalar tətbiq edəcəyik", - Kirbi vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər